Binəli Yıldırımdan AÇIQLAMA: “Artıq son söz YSK-nındır”

 22:04 11.04.2019     407

Ədalət və İnkişaf partiyasının (AKP) İstanbul bələdiyyəsi sədrliyinə namizədi Binəli Yıldırım sosial media hesabından 31 mart Bələdiyyə seçkiləriylə bağlı açıqlama verib.

Redaktor.az Türkiyə mediasına istinadən bildirir ki, Binəli Yıldırım açıqlamasında artıq sözün Yüksək Seçki Şurasında (YSK) olduğunu qeyd edib. O, paylaşımda bu ifadələri işlədib:

“Seçki müddətiylə bağlı yaranan səssizliyimi son günlər yanlış anlayanlar var. Bilinməlidir ki, mövqeyim YSK-nın qərar müddətinə hörmətimlə bağlıdır. Müddəti partiyam və səlahiyyətli nümayəndələrimizlə yaxından izləyirəm. Seçici dediyini deyib. Artıq söz YSK-nındır. Nöqtə. Hörmətlə”.

Rüfət Xəlil / REDAKTOR.AZ