Alman portalı Azərbaycandan yazdı - Əhalinin sosial vəziyyəti yaxşılaşdırılıb

 23:30 11.04.2019     401

Almaniyanın Finanzen.net internet portalında Fransanın “Opinion Way” tədqiqat institutunun Azərbaycanda keçirdiyi rəy sorğusu haqqında məlumat yayılıb.

Redaktor.az Azərtac-a istinadən xəbər verir ki, məlumatda tədqiqat institutunun Azərbaycandakı prezident seçkilərindən bir il sonra ölkədə keçirdiyi sorğu nəticəsində əhalinin 85 faizindən çoxunun Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işləri dəstəkləməsinin müəyyən olunduğu qeyd edilir. “Opinion Way” institutunun rəhbəri Brüno Janbara istinadla bildirilir ki, sorğu birmənalı şəkildə göstərdi ki, azərbaycanlılar öz siyasi rəhbərliyindən çox razıdırlar. Məlumatda ölkədəki sabitliyin Prezident İlham Əliyev tərəfindən görülən tədbirlər nəticəsində əldə edilmiş uğur olduğu vurğulanır. Prezident İlham Əliyevin daxili siyasətinin, onun rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatların yüksək dəyərləndirildiyi, əhalinin sosial vəziyyətinin yaxşılaşdırıldığı bildirilir. Respondentlərin ölkədə korrupsiya ilə mübarizəni də yüksək qiymətləndirdikləri vurğulanır.