ABŞ Prezidentindən gözlənilməz açıqlama: "Assancı tanımıram"

 23:59 11.04.2019     380

ABŞ Prezidenti Donald Tramp bu gün həbs edilən “Vikiliks” saytının qurucusu Culian Assancla bağlı gözlənilməz açıqlama verib.

Redaktor.az Axar.az-a istinadən xəbər verir ki, Ağ Ev rəhbəri “Vikiliks” haqqında heç bir məlumata malik olmadığını və Assancı tanımadığını bildirib.

Qeyd edək ki, bu gün Ekvador Assanca sığınacaq verməkdən imtina edib və o, bu ölkənin səfirliyindən çıxarıldıqdan sonra London polisi tərəfindən həbs edilib.