Vladimir Putin MEYDAN OXUDU - "Bu raketlər gücümüzü artıracaq"

 02:01 12.04.2019     430

Rusiya Prezidenti Vladimir Putin “Sarmat” qitələrarası raketinin sınaqlarının yekun mərhələsinə qədəm qoyduğunu açıqlayıb.

Redaktor.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Putin ölkənin yüksək çinli zabitləri və prokurorları ilə görüşü zamanı danışıb.

Putin “Sarmat” raketlərinin sınaqlarının yekun mərhələsinin uğurla davam etdiyini qeyd edib.

Həmçinin, “Avanqard” raketləri barədə danışan Rusiya lideri bu raketlərin ölkənin strateji təyinatlı raket qüvvələrinin gücünü artıracağını bildirib.