Litva Rusiyadakı səfirini geri çağırdı - RÜŞVƏT QALMAQALI

 04:15 12.04.2019     433

Litva Rusiya Federasiyasındakı səfiri Remiqiyus Motuzası geri çağırıb

Redaktor.az Rusiya mətbuatına istinadən bildirir ki, bu informasiya Litva Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilib.

Nazirliyin sözçüsu Rasa Yakilaytene səfirin həyatı üçün təhlükə olduğunu qeyd edib.

Buna səbəb bir müddət əvvəl həbs olunan keçmiş səfir Rimantas Şidlauskasın rüşvət qalmaqalında adının hallanmasıdır.

Bu addım Şidlauskasın cinayət işində əsas şahid olan indiki səfirin istintaq müddətindəki təhlükəsizliyini qorumaq üçün atılıb.

Qeyd edək ki, geri çağırılan Motuzasın yerinə təyinat olmayıb.

Rüfət Xəlil / REDAKTOR.AZ