Millət vəkilindən ÇAĞIRIŞ - "Sosial şəbəkədə ETİRAZ EDİN"

 10:39 12.04.2019     485

Millət vəkili Qənirə Paşayeva Fransada 24 aprelin qondarma “erməni soyqırımı qurbanlarının”xatirə günü elan edilməsinə etiraz edib.

Redaktor.az bildirir ki, millət vəkili Fransa prezidenti Emmanuel Makronun 24 apreli qondarma “erməni soyqırımı qurbanlarının” xatirə günü elan etməsi ilə bağlı fikirlərini bölüşüb. O bildirib ki, bu hadisəni qınayır:

“Sosial şəbəkələrdə fəal olan şəxslərin, gənclərimizin bu qərara etirazı Makronun sosial media hesablarına fransız ve ingilis dillərində göndərməsi ve paylaşması lazımdır. Bu, çox ciddi məsələdir. Fransa bir daha Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədri kimi neytrallığına kölgə saldı. Qondarma soyqırım haqda qərar qəbul edib Xocalı ilə bağlı danışmayan Fransa prezidenti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı heç vaxt ədalətli və neytral mövqe nümayiş etdirə bilməz. Özəlliklə sosial mediada təcrübəsi çox olan şəxslər, onminlərlə insan olaraq etirazımızı sosial media üzərindən Fransa rəhbərliyinə çatdırma məsələsində effektli yolları sosial şəbəkələr üzərindən gənclərlə bölüşsün və fəal olma çağırışı etsinlər. Bu, çox ciddi məsələdir. Qardaş Türkiyə və türk dünyası gəncliyini, Fransada yaşayan türk kökənli insanları da etiraz səslərini sosial şəbəkələrdən Fransa rəhbərliyi ve ictimaiyyətinə çatdırmaqda fəal olmağa çağırırıq. Hər kəs bu qərarı millət olaraq qınadığımızı, etiraz etdiyimizi ve gerçəkləri daim yaymaqda israrlı olduğumuzu ve olacağımızı görməlidir”.

Xatırladaq ki, Fransa prezidenti Emmanuel Makron 24 apreli qondarma erməni soyqırımını anma günü elan edib.

Firuzə Vahid / REDAKTOR.AZ