İstanbul seçkilərində ölü izi... Vəziyyət ciddiləşir

 11:51 12.04.2019     399

Türkiyənin hakim Ədalət və İnkişaf partiyasının İstanbulda keçirilən bələdiyyə seçkiləri ilə bağlı hazırladığı etiraz iddianaməsinin bəzi detalları açıqlanıb.

Redaktor.az İxlas agentliyinə istinadən xəbər verir ki, sənəddə seçkilər zamanı qeydə alınan qanun pozuntuları dəlillərlə göstərilib. Məlum olub ki, seçkilər zamanı dünyasını dəyişənlərin adından da səs verilib.

Həmçinin, İstanbulda digər bölgələrdən olan şəxslər müvəqqəti qeydiyyata alınaraq, onların seçkilərdə səs verməsinə şərait yaradılıb.

Qeyd edək ki, iddianamə yaxın günlərdə Ali Seçki Komisiyyasına təqdim ediləcək.

Anar Türkeş / Redaktor.az