BMT təcili toplanır - Sudandakı vəziyyətla bağlı

 12:36 12.04.2019     449

Bu gün BMT Təhlükəsizlik Şurası Sudandakı vəziyyətlə bağlı təcili toplantı keçirəcək.

Redaktor.az Anadolu agentliyinə istinadən məlumat verir ki, iclas ABŞ, Fransa, Böyük Britaniya, Almaniya və Polşanın tələbi ilə çağrılıb.

Xatırladaq ki, Sudanda ordu hərbi çevriliş nəticəsində idarəçiliyi ələ keçirib.

Müdafiə Naziri Məhəmməd Əhməd bin Avf Hərbi Keçid Şurasının rəhbəri kimi and içərək prezident səlahiyyətlərini təhvil alıb.

Anar Türkeş / Redaktor.az