Çavuşoğlu ermənipərəst deputatı susdurdu: Gedin öz tarixinizə baxın - VİDEO

 14:23 12.04.2019     350

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu NATO Parlament Assambleyasının 99-cu toplantısında Fransa prezidenti Emmanuel Makronun qondarma  “erməni soyqırımı” barədə qərarını sərt tənqid edib.

Redaktor.az-ın məlumatına görə, o bildirib ki, Makronun qondarma hadisələrlə bağlı qərarı Fransa Konstitusiya məhkəməsinin hökmü ilə ziddiyyət təşkil edir.

“Makron əvvəlcə öz ölkəsinin tarixinə nəzər yetirsin. Ruandada, Əlcəzairdə törədilən hadisələri unutmadıq” - deyə türkiyəli diplomat fransalı parlamentarinin sualına cavab verib.

Anar Türkeş / Redaktor.az