Sudan prezidentini Hərbi Şura MÜHAKİMƏ edəcək

 15:43 12.04.2019     442

Sudanda Hərbi Keçid Şurasının iclası keçirilib.

Redaktor.az BBC-yə istinadən məlumat verir ki, toplantıda müxalifət partiyalarının nümayəndələri də iştirak edib. İclasın yekunlarına dair açıqlamada bildirilib ki, devrilmiş prezident Ömər əl-Bəşir Hərbi Keçid Şurası tərəfindən mühakimə ediləcək.

O, beynəlxalq məhkəməyə təslim edilməyəcək. Ölkədə gərginliyin aradan qaldırılması üçün müxtəlif dairələrlə dialoqlar aparılacaq.

Anar Türkeş / Redaktor.az