Vladimir Putinin Krım planları - 310 MİLYARD RUBL

 20:00 12.04.2019     372

Rusiya prezidenti Vladimir Putin Krımla bağlı növbəti addım atıb.

Redaktor.az Rusiya mətbuatına istinadən bildirir ki, ölkə başçısı Krım və Sevastopolun üç illik inkişaf proqramı üçün hökumətə maliyyə tapmaq üçün göstəriş verib.

Dövlət proqramının həyata keçirilməsi 2022-2025 ci illəri əhatə edəcək.

Ayrılacaq maliyyənin 310 milyard rubl təşkil edəcəyi bildirilir.

Rüfət Xəlil / REDAKTOR.AZ