S-500 Raket kompleksi ordunun arsenalına daxil ediləcək - GENERALDAN AÇIQLAMA

 22:00 12.04.2019     520

Rusiya uzun müddətdir ki, üzərində çalışdığı S-500 “Prometey”  zenit raket tipli sisteminin hazırlanmasını sona çatdırmaq üzrədir.

Redaktor.az Rusiya mətbuatına istinadən bildirir ki, bu açıqlamanı Kosmik Hava Qüvvələri baş komandanının müavini general-leytenat Yuriy Qrexov verib.

Qrexov qeyd edib ki, yaxın günlərdə "Vityaz" orta mənzilli S-350 zenit rajet kompleksi silahli qüvvələrin arsenalına daxil ediləcək.

S-350 "Vityaz" və S-500 "Prometey" müasir avtomatlaşdırılmış döyüş texnikasıdır.

S-500 "Prometey"in bilinən özəllikləri 600 kilometr məsafədəki hədəfləri sərrast vurmasıdır. Bu kompleks eyni zamanda 10 ballistik hədəfi aşkar edib məhv edə bilir.

Rüfət Xəlil / REDAKTOR.AZ