Sergey Lavrovdan Türkiyə ilə bağlı VACİB AÇIQLAMA

 22:53 12.04.2019     418

ABŞ iqtisadiyyat sahəsində artıq dürüst şəkildə rəqabət aparacaq gücdə deyil.

Redaktor.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.

ABŞ-ın sanksiya və təhdidlərə əl atdığını deyən Lavrov S-400-lə bağlı Türkiyəyə yönəldilən təhdidləri misal gətirib:

"Şimal axını 2" ilə bağlı hadisələr buna bir nümunədir. NATO üzvü Türkiyənin müdafiə qabiliyyətini artırmaq üçün Rusiya silahı almaq qərarı da təhdidlərə səbəb oldu".