Bu gün Azərbaycan və Ermənistan XİN rəhbərləri görüşəcək

 09:46 15.04.2019     365
Bu gün Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə aparılan danışıqlar prosesi çərçivəsində Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ilə erməni həmkarı Zohrab Mnatsakanyan arasında növbəti görüş keçiriləcək.
 
Redaktor.az xəbər verir ki, görüş Moskvada baş tutacaq.
 
Bu dəfəki görüşdə ATƏT-in Minsk qrupunun həmsədr ölkəsinin xarici işlər naziri kimi Rusiya XİN rəhbəri Sergey Lavrov da iştirak edəcək.