Zelenski Poroşenkonun qarşısına ÇIXMAĞA ÇƏKİNDİ

 12:12 15.04.2019     503

Ukraynanın dövlət başçısı Petro Poroşenko ən güclü rəqibi, prezidentliyə namizəd Vladimir Zelenskini xalq qarşısında debata dəvət edib.

Redaktor.az xarici KİV-lərə istinadən məlumat verir ki, Poroşenko söz verdiyi vaxtda stadionda olsa da, Zelenski gəlməyib. Fürsətdən istifadə edən hazırki dövlət başçısı stadiondakı kütləyə müraciət edərək, onlardan seçkilərdə dəstək istəyib.

Xatırladaq ki, Poroşenko şoumen Zelenskini aprelin 14-də, Zelenski isə rəqibini aprelin 19-da debata dəvət etmişdi. Əlavə edək ki, Ukraynada prezident seçkilərinin ikinci turu aprelin 21-də keçiriləcək.

Anar Türkeş / Redaktor.az