Türkiyənin əldə edəcəyi "S-400"lərin MƏNZİLİ AÇIQLANDI

 11:42 15.04.2019     336

Rusiyanın Türkiyəyə təhvil verəcəyi “S-400” hava hücumundan müdafiə sistemlərinin mənzili açıqlanıb.

Redaktor.az Türkiyə mətbuatına istinadən məlumat verir ki, raketlərin mənzili 600 kilometrdən az olmayacaq. Türkiyədə ilk “S-400”lər  iyul ayında qurulacaq.

Qeyd edək ki, bəzi dairələr Ankaraya təhvil veriləcək müdafiə sistemlərinin 250 kilometr mənzilə malik olacağını iddia etmişdi.

Anar Türkeş / Redaktor.az