Culian Assanj cəsusluqda ittiham edildi

 13:37 15.04.2019     351

Ekvador prezident Lenin Moreno Vikiliks portalının təsisçisi Culian Assanjı cəsusluqda ittiham edib.

Redaktor.az-ın məlumatına görə, o, “Guardian” qəzetinə müsahibəsində bildirib ki, Assanj Ekvadorun Londondakı səfirliyində cəsus fəaliyyəti ilə məşğul olub. Onun sözlərinə görə, Ekvadorun keçmiş hökuməti dövründə Assanj xarici ölkələrin işlərinə müdaxilə edib.

Qeyd edək ki, təcavüz iddiaları ilə ittiham edilən jurnalist həbs olunmaqdan yayınmaq üçün 7 ildir Ekvadorun Londondakı səfirliyinə sığınmışdı. Ötən həftə isə Ekvador dövləti jurnalistdən səfirlik binasını tərk etməsini tələb etdi. London polisi səfirlik binasını tərk edən Assanjı dərhal həbs edib.

Anar Türkeş / Redaktor.az