Trampdan Netanyahuya XƏBƏRDARLIQ - "Əlaqələrimizə zərər verə bilər"

 14:54 15.04.2019     400

“Təl-Əviv və Pekin arasındakı münasibətlər ABŞ-İsrail əlaqələrinə zərər verə bilər”.

Redaktor.az İsrailin Kanal13 televiziyasına istinadən məlumat verir ki, bu barədə prezident Donald Tramp baş nazir Binyamin Netanyahuya xəbərdarlıq edib. Martın 25-də ”Ağ ev” də baş tutan görüş zamanı Tramp Netanyahunu xarici əlaqələr istiqamətində diqqətli olmağa çağırıb.

Bildirilir ki, ABŞ liderinin xəbərdarlığı təhdid dərəcəsində olmayıb.

Qeyd edək ki, İsrail və Çin arasında əlaqələr uzun aradan sonra normal vəziyyətə düşüb. İsrailli və Çinli rəsmilər qarşılıqlı səfərlər həyata keçirib.

Anar Türkeş / Redaktor.az