Sudan ordusu nümayişçilərə GÜC TƏTBİQ ETDİ

 15:14 15.04.2019     372

Sudan ordusu Silahlı Qüvvələrin Baş Qərargah binasının qarşısına toplaşan etirazçılara müdaxilə edib.

Redaktor.az xarici KİV-lərə istinadən xəbər verir ki, prezident Ömər əl-Bəşir devriləndən sonra hərbçilər ilk dəfə nümayişçilərə qarşı güc tətbiq edib. Əsgərlərin ağır texnikadan istifadə etməsinə baxmayaraq, narazı kütlə geri çəkilməyib.

Bildirilir ki, bəzi qrupların çağırışlarından sonra əraziyə minlərlə etirazçı axın edib. Onlar ölkədə fövqəladə vəziyyətin tətbiq edilməsinə qarşı çıxır.

Xatırladaq ki, dövlət başçısını devirən ordu, ölkədə 3 aylıq fövqəladə vəziyyət elan edib.

Anar Türkeş / Redaktor.az