Azərbaycan və Ermənistan XİN-ləri arasında görüş başa çatıb - VİDEO+FOTOLAR

 16:28 15.04.2019     701

Moskvada Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və ermənistanlı həmkarı Zöhrab Mnatsakanyan arasında keçirilən görüş başa çatıb.

Redaktor.az erməni mediasına istinadən xəbər verir ki, mətbuat üçün qapalı olan görüşdə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov, ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şofer də (ABŞ) iştirak ediblər.

Tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması perspektivlərinə dair müzakirələr aparıblar.

Anar Türkeş / Redaktor.az

 

22222