Tramp Fələstini "satın almaq" istəyir

 17:43 15.04.2019     415

“ABŞ prezidenti Donald Trampın “yüz ilin müqaviləsi” adlandırdığı  Yaxın Şərq planında Fələstinin müstəqil dövlət kimi tanınması yer almır. “Ağ ev” rəhbəri Fələstinə muxtariyyət statusu verilməsinin tərəfdarıdır”.

Redaktor.az-ın məlumatına görə, “Washington Post” qəzeti amerikalı və ərəb rəsmilərə istinadən müqavilənin bəzi detallarını açıqlayıb. İddia edilir ki, sazişdə fələstinlilərin gündəlik həyatının yaxşılaşdırılması üçün bəzi güzəştlər yer alsa da, iki dövlətli həll variantına dair maddə yoxdur.

Rəsmilər detallara dair ətraflı açıqlama verməsə də, onlar “yüz ilin müqaviləsi"ndə əsasən Fələstin iqtisadiyyatının yaxşılaşdırılmasına dair təkliflərin yer aldığını irəli sürüb.

Anar Türkeş / Redaktor.az