Azərbaycan və Çin arasında mədəni əməkdaşlıq haqqında Protokol təsdiq edilib

 18:59 15.04.2019     415

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Çin Xalq Respublikasının Mədəniyyət və Turizm Nazirliyi arasında 2019-2023-cü illər üçün mədəni əməkdaşlıq haqqında Protokolun təsdiq edilməsi barədə fərman imzalayıb.

2019-cu il martın 1-də Pekin şəhərində imzalanmış Protokol qüvvəyə mindikdən sonra Azərbaycan Mədəniyyət Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.

Xarici İşlər Nazirliyinə Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Çin Xalq Respublikası Hökumətinə bildiriş göndərmək tapşırılıb.