Türkiyə qırıcıları Suriya səmasında - YPG bölmələri nəzarətdə

 20:00 15.04.2019     374

Türkiyə Silahlı Qüvvələrinə aid olan bir neçə hərbi təyyarə Suriya səmasında görünüb.

Redaktor.az Rusiya mediasına istinadən bildirir ki, təyyarələr Hələb şəhərinin üzərindən uçuş ediblər.

Türkiyə qırıcıları Hələbin demilitarizasiya edilmiş Rəşidin, Xan-əl-Əsəl və Xan-Tümən rayonları üzərindən keçərək  YPG silahlılarının nəzarətində olan ərazilərə də daxil olublar.

Qeyd edək ki, Rusiya və Türkiyə demilitarizasiya edilmiş ərazilərin monitorinq edilməsini öz aralarında daha əvvəlcədən razılaşdırıb.

Rüfət Xəlil / REDAKTOR.AZ