Aleksandr Lukaşenko Türkiyənin tərəfini tutdu - ABŞ Türkiyəni "vurmağa" çalışır

 20:45 15.04.2019     379

Belarus Prezidenti Aleksandr Lukaşenko Türkiyənin Rusiyadan S-400 zenit raket kompleksləri almasını dəstəkləyib.

Redaktor.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Belta" nəşri yazıb.

Lukaşenkonun sözlərinə görə, ABŞ müdafiəsi üçün zəruri olan silahı almaq məsələsində Türkiyənin mövqeyini dəstəkləməyib.

"Sizi isə yalnız tənqid etmirlər, üstəlik vurmağa çalışırlar", - Lukaşenko bildirib.

Türkiyənin suveren dövlət kimi qərar verdiyini bildirən Lukaşenko ABŞ-ın tənqidlərinin Türkiyənin mövqeyinin haqlı olduğunu göstərdiyini qeyd edib.