"ABŞ-dan "Patriot" sistemini almaq üçün çox çalışdıq" - İbrahim Qalın

 02:30 16.04.2019     418

ABŞ-ın Türkiyəni itirməyi gözə alacağına inanmıram.

Redaktor.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidentinin sözçüsü İbrahim Qalın Vaşinqton səfəri zamanı bildirib.

"S-400 raket əleyhinə müdafiə sistemi ilə bağlı qərar bir gecədə verilmədi. ABŞ tərəfindən bizə təqdim olunan paket isə bizim ehtiyaclarımızı tam ödəmirdi. Biz bu prosesdə S-400 prosesini tam şəffaf bir şəkildə yürütdük. ABŞ-dan "Patriot" sistemini almaq üçün çox çalışdıq. ABŞ və ya başqa bir NATO üzvündən havadan müdafiə sistemi almağa hazırıq. Amma bu bizim şərtlərimiz daxilində olmalıdır", - Qalın söyləyib.

Rüfət Xəlil / REDAKTOR.AZ