Ərdoğanla Trampın kürəkənləri buzları əridə BİLƏCƏKMİ?

 10:55 16.04.2019     377

Vaşinqtonda Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp Türkiyənin Xəzinə və Maliyyə naziri Berat Albayrakı qəbul edib. Bu barədə, türkiyəli nazir sosial media hesabı vasitəsiylə açıqlama verib.

Redaktor.az Anadolu agentliyinə istinadən xəbər verir ki, görüşdə ABŞ-ın Xəzinə naziri Stiven Mnuçin və prezidentin baş müşaviri Cared Kuşner də iştirak edib.

Toplantı zamanı iki ölkə arasında əməkdaşlığın prespektivləri müzakirə olunub.

Anar Türkeş / Redaktor.az