Rusiya NATO ilə bütün əlaqələri DAYANDIRIB

 13:47 16.04.2019     408

Rusiya NATO ilə bütün əlaqələri dayandırıb.

Redaktor.az-ın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər nazirinin müavini Aleksandr Qruşko Ria Novosti agentliyinə müsahibəsində deyib.

O, bəyan edib ki, alyansla bütün hərbi və mülki əlaqələr dayandırılıb. “NATO Moskva ilə müsbət siyasət yürütməkdən yayındı”- deyən diplomat, əlaqələrin kəsilməsinə görə qərbi ittiham edib.

Nazir müavini deyib ki, artıq Avropada təhlükəsizliyin təmin edilməsi Rusiya ilə NATO əlaqələrinə bağlı deyil. Bu açıqlamalardan sonra NATO Moskvaya dialoq çağırışları edib.

Anar Türkeş / Redaktor.az