Peskov Tramp-Putin görüşünü yalanladı

 07:43 14.05.2019     342

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vaşinqtonun Vladimir Putin-Donald Tramp görüşünün təşkili ilə bağlı müraciətini yalanlayıb.

Redaktor.az RT-yə istinadən xəbər verir ki, Peskov bu barədə rusiyalı jurnalistlərə məlumat verib.

"Hələ ki, Vaşinqton tərəfindən heç bir təklif irəli sürülməyib",- deyə Kreml sözçüsü bildirib.

Rüfət Xəlil / Redaktor.az