İranlı professordan rəsmi Tehrana... - Ermənistan siyasətini İFŞA etdi

 11:00 14.05.2019     972

Tbilisidə keçirilən VI Cənubi Qafqaz Təhlükəsizlik Forumunda, İran ətrafında son proseslərin Cənubi Qafqaza təsirinə həsr olunan paneldə çıxış edən iranlı professor rəsmi Tehranın Ermənistan siyasətini ifşa edib.

Redaktor.az bildirir ki, bu barədə həmin sessiyada çıxış edən Beynəlxalq Münasibətlərin Təhlili mərkəzinin eksperti Fuad Çıraqov məlumat verib. Çıraqov qeyd edib ki, iranlı professor sual-cavab hissəsində Ermənistan-İran münasibətlərinin şərhində çox uzağa getdi və birdən özünü saxlaya bilmədi:

“Bu gün Tbilisidə VI Cənubi Qafqaz Təhlükəsizlik forumunda İran ətrafında son proseslərin Cənubi Qafqaza təsirinə həsr edilmiş paneldə çıxışçılardan biri idim. Digərləri 2 iranlı və bir erməni idi. İranlılardan biri keçmiş səfir və Xarici işlər nazirliyində idarə rəisi olub, digəri bir professor idi. Erməni isə səhv etmirəmsə, Müdafiə nazirliyindəki keçmiş beyin mərkəzinin rəhbəri olmuşdu. İranlı professor sual-cavab hissəsində Ermənistan-İran münasibətlərinin şərhində belə bir ifadə işlətdi: ”İranın Cənubi Qafqaz siyasəti və Ermənistanla münasibətləri onu göstərir ki, rəsmi Tehranın region siyasətində din və şiə amili məsələsi deyil, praqmatizm məsələsi daha öndədir”. Mən də gülümsəyərək sadəcə “sağ ol!”- dedim. Qarşıda İran səfirliyinin əməkdaşlarının həmin adama baxışını görmək lazım idi”.

Firuzə Vahid / REDAKTOR.AZ