ABŞ-a arxadan zərbə: İraq "S-400" almaq istəyir

  16:18 15.05.2019         28

İraq Rusiyadan “S-400” almaq niyyətindədir.

Redaktor.az “Rossiya Segodnya” agentliyinə istinadən xəbər verir ki, bu barədə İraqın Moskvadakı səfiri Mənsur Hadi açıqlama verib. O, rəsmi Bağdadın bu barədə qərar qəbul etdiyini bildirib. Açıqlamanın ABŞ-ın İraqdan təcili vəziyyətlərlə bağlı səlahiyyətli diplomatlardan başqa bütün dövlət işçilərini geri çağırmasından sonra səslənməsi diqqət çəkir.

Qeyd edək ki, Hindistan və bəzi Ərəb ölkələri də Rusiyada “S-400” almaq istəyir. Lakin həmin ölkələr ABŞ-ın təzyiqi ilə üzləşib.

Anar Türkeş / Redaktor.az