ABŞ-a məxsus gəmi Venesuela sularına daxil olub

 18:17 15.05.2019  42

Venesuela dəniz qüvvələri ölkə sərhədini pozan ABŞ-a məxsus sahil mühafizə gəmisinə müdaxilə edib.

Redaktor.az xəbər verir ki, bu barədə prezident Nikolas Maduro açıqlama verib. O, bildirib ki, hərbçilərin xəbərdarlığından sonra ABŞ-a məxsus gəmi sürətlə geri çəkilərək, ölkə ərazisini tərk edib.

Onun sözlərinə görə, bundan əvvəl  də iki dəfə oxşar hadisə baş verib.

Anar Türkeş / Redaktor.az