Brüsseldə Azərbaycan-NATO əməkdaşlığı müzakirə olunub

  19:12 15.05.2019         8

Brüsseldə Azərbaycanla NATO arasında “Planlaşdırma və Analiz Prosesi” (PAP) sənədinin müzakirəsi üzrə “29+1” formatında görüş keçirilib.

Bu barədə Redaktor.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, görüşdə bu sənəd çərçivəsində Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumları tərəfindən icra edilən Tərəfdaşlıq məqsədləri və öhdəlikləri, eləcə də digər məsələlər müzakirə olunub.