Fuad Abbasovla bağlı səfirlik hərəkətə keçib - XİN

 09:34 22.05.2019     607

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirinin tapşırığı ilə səfirliyin konsulluq şöbəsinin əməkdaşları Fuad Abbasovla görüşüblər.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Redaktor.az-a açıqlamasında jurnalist, bloger Fuad Abbasovun Rusiyada həbs edilməsinə münasibət bildirib.

O, Rusiyadakı səfirliyimiz tərəfindən səlahiyyətləri çərçivəsində Fuad Abbasovla bağlı bütün lazımi tədbirlərin görüldüyünü bildirib.

Xatırladaq ki, tanınmış jurnalist və bloger Fuad Abbasov mayın 16-da Moskvada saxlanılıb.

F.Abbasov saxlanılarkən fiziki təzyiqə məruz qalıb. Onun 28 mayda Azərbaycana deportasiya olunacağı bildirilir.

Firuzə Vahid / REDAKTOR.AZ