Türkiyə ABŞ-ın mümkün sanksiyalarına qarşı hazırlıq görür - Hulusi Akar

 11:32 22.05.2019     404

“S-400” müzakirələrində irəliləyiş var. Lakin Türkiyə ABŞ-ın mümkün sanksiyalarına qarşı hazırlıq görür”.

Redaktor.az “euronews”ə istinadən xəbər verir ki, Türkiyənin Müdafiə naziri Hulusi Akar belə bəyanatla çıxış edib. O bildirib ki, hazırda məsələ ilə bağlı Vaşinqton və Ankara arasında danışıqlar davam edir. Akar Türkiyənin “S-400” sazişini pozmayacağını bəyan edib.

Xatırladaq ki, CNBC telekanalı ABŞ-ın Türkiyəyə “S-400” sistemlərindən imtina etməsi üçün 2 həftə vaxt verildiyinə dair məlumat yayıb. Əks halda Vaşinqton Ankaraya qarşı sanksiyalar tətbiq edəcək.

Anar Türkeş / Redaktor.az