Azərbaycan-Gürcüstan sərhədi üzrə komissiyanın iclası mayın 23-24-də Bakıda keçiriləcək

 12:23 22.05.2019     390

Azərbaycan-Gürcüstan sərhədi üzrə komissiyanın iclası Bakıda keçiriləcək.

Bu barədə Redaktor.az-a Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Respublikasının Xarici İşlər nazirinin müavini Xələf Xələfov ilə Gürcüstan Xarici İşlər nazirinin müavini Laşa Darsaliyanın rəhbərliyi ilə Azərbaycan və Gürcüstan arasında dövlət sərhədlərinin delimitasiyası ilə bağlı Komissiyanın növbəti iclası bu ilin 23-24 may tarixlərində Bakı şəhərində keçiriləcək.