“Erməni soyqırımı”nı YALANLAYAN FAKTLAR - Onlar daşnaqların qurbanı oldular

 16:34 22.05.2019     1040

Erməni dediyimiz bu hayların hansı bezin qırağı olduğunu dünya aləm bilir.

Nə yazıq ki, bəzi dünya ölkələri hələ də onların tərəfini saxlayır, beynəlxalq tribunalarda onların sözünü deyirlər. Bütün arxiv sənədləri yalanları ortaya çıxardığı halda, bunlar və bunların ağaları başqa şey deyirlər. İngilis-Amerikan başbilənlərinin əli ilə öz xalqına zülüm edən daşnaqlar etdiklərini illər sonra Türkün üzərinə yaxmağa çalışır. Bunu sübut edən yüzlərlə arxiv sənədləri mövcuddur. Biz də həmin sənədlərdən birinə -Ermənistan Kommunist Partiyasının III internasionalın 2-6 mart 1919-cu il tarixində keçirilən birinci təsis konfransına göndərilən hesabatına istinad edirik. Mehmet Perincəyin “Rus dövlət arxivlərindən 100 bəlgədə erməni məsələsi” kitabından əldə etdiyimiz həmin sənədi öz dilimizə uyğunlaşdıraraq təqdim edirik:

“Türkiyə erməniləri daşnaqların uzağı görməyən və macəraçı siyasətlərinin qurbanı oldular.

Otraya çıxan böyük təhlükə də budur: Burjua millətçi partiyalar millətlərin öz müqəddaratlarını təyin etmə hüquqlarından istifadə edərək dağıdıcı siyasətlərini daha da gücləndirirlər. Çirkin milli ehtiraslarını şişirdərək millətlərin öz müqəddəratını təyin etməsi bəhanəsi ilə bütün ölkədə milli münaqişənin yaranmasına gətirib çıxardılar.

Əks-inqilabın gizli siyasəti xüsusi ilə erməni-tatar (türk-red.) əhalisinin birgə yaşadıqları yerlərdə çox ağır şərtlər meydana gətirmişdir. Bir tərəfdən erməni burjuasının partiyası olan daşnaksütun, digər tərəfdən də müsəlman bəylərin partiyası olan Müsavat bir-birilərinə qarşı ölüm çağrışı edirlər. Bu daşnaq şeytanlarının qızışdırdığı ermənilər müsəlmanları, müsəlmanlar da erməniləri qırmaqdadır... Bu fitnə-fəsad siyasəti zəhmətkeş kütləyə çox ağır şəkildə təsir etdi. Oyanan müsəlman kəndliləri və inqilabçıların tərəfinə keçən erməni kəndliləri fikirlərini dəyişdirərərk özlərini dost kimi göstərən şeytanların əllərində kor silah halına gəldilər.

Şeytanlar isə bu qarışıqlıqdan istifadə edərək əldə etdikləri mənfəətlərini iki ayrı məkanda “qələbələrinin” şərəfinə ziyafət təşkil etdilər. Onlar şərab dolu qədəhlərini cingildədərkən erməni və müsəlman əhalisinin qanlarını içərək vücudlarını gəmirirdilər. Şərabdan və qandan sərxoş olaraq şeytani qəh-qəhələrlə ayrı-ayrı yerlərdə bir azğıdan bağırırdılar: “Parçala və hökm et!”...

...Erməni burjuası nə qədər özlərini qoruyub ciblərini doldurdularsa, daşnaksütun da bir o qədər erməni kütlələrinin qanını sordular...

Bu gün Ermənistanı ingilis komandanlığının diktəsi və ingilis generallarının qırmancı ilə milyoner Paqos Nubar paşa, bir də məşhur ingilis əlaltısı, tütün fabrikasının sahibi Enfiançant idarə edirlər. Şübhəsiz ki, parıldayan ingilis qızılları yaltaqların gözlərini qamaşdırır.

Nə yazıq ki, ingilis imperialistləri erməni zəhmətkeşlərinin son tikəsini də əllərindən alır və erməni xalqını aclıq və xəstəliklə baş-başa buraxırlar. Bu faktları gələn son məlumatlar və hətta millətçilərin öz mənbələri də təsdiqləyir. On milərlə erməni aclıq və xəstəlikdən ölürlər. Ermənistanda uşaqlar itlərin qabağından sümüklərini oğurlayıb gəmirirlər. Aclıqdan ölən sahibsiz cəsədlər küçələrdə çürüyür, onları toplayıb basdıran da yoxdur. Amma bunu “şanlı müttəfiqlərimiz” olan “humanist ingilislər” görməzlikdən gəlirlər. Avropa dövlətlərinin çaqqallarının “himayəsi” Ermənistan xalqının utancverici köləliyinə çevrimişdi.

İmperialist talançıların daxili işlərinə qarışması nəticəsində Ermənistan əhalisi sürətlə azalır. İtlər aclıqdan və xəstəlikdən ölən əhalinin cəsədləri ilə qidalanır. Minlərlə kişi ümidsiz və çarəsiz halda aclıqdan ölümlərini gözləyirlər. Ermənistanın imperilasitlər tərəfindən qanı sorulan xalqı ölkənin daxili işlərinə qarışan imperialistləri rədd edir. Ermənistan kommunist partiyası ingilis-amerikan işbirlikçilərinə qarşı savaş elan edir.

Vilson və Lloyd Corca boyun əyən və Bern konfransında onlarla qərarlar qəbul edən sarı internasionalın erməni “sosialistləri” erməni preoletarını və erməni kəndlisini heç bir zaman təmsil edə bilməz.

Bernin “eməni sosialistləri” əlini yüzminlərlə erməni zəhmətkeşinin qanına bulamış xaninlərdir.

Bernin “eməni sosialistləri” ingilis-amerikan imperialistlərinin sadiq pullu əsgərləridir.

Ermənistan hökuməti talançıların, şantajçıların və cəlladların himayə etdiyi bir qrupdur.

“Emənistanın nazirləri” erməni xalqının tör-töküntüləri, ingilis-amerikan imperializminin sadiq nökərləri, insan əti ilə bəslənən çaqqallardır. Ermənistan kommunist partiyası bu itləri yer üzündən silməyi xalqları adına and içmişdir.

Emənistan Kommunist Partiyası, Mərkəzi Komitəsinin üzvü Aykuni.”

Təqdim etdi: Rəşad Sahil