Çinin xarici işlər naziri Azərbaycana gəlir

 19:40 22.05.2019     328

Çinin xarici işlər naziri Vanq Yi Azərbaycana səfər edəcək.

Redaktor.az ONA-ya istinadən bildirir ki, nazir mayın 20-dən 27-nə kimi regionda səfərdə olacaq.

Nazir artıq Tacikistan v' Qırğızıstana səfər edərək, Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin iclasına qatılıb. Sabah onun Gürcüstana səfəri başlayır.  Nazirin proqramına Azərbaycan və Ermənistana səfər də daxildir.

Azərbaycana səfər xarici işlər naziri Elmar Məmmədyarovun dəvəti ilə gerçəkləşəcək.