Mey sabah istefa verəcək - İDDİA

 09:51 23.05.2019     347

Böyük Britaniyanın Baş naziri Tereza Meyin cümə günü istefa verməsi gözlənilir.

Redaktor.az axar.az-a istinadən xəbər verir ki, bu iddia ilə “Tayms” nəşri çıxış edib.

Xatırladaq ki, bir qədər əvvəl “Tayms” nəşri Böyük Britaniyanın Baş naziri Tereza Meyin bu ilin payızına qədər öz postunda qalacağını və Mühafizəkarlar Partiyasının sentyabrın 29-dan oktyabrın 2-nə qədər keçiriləcək növbəti qurultayında yeni baş nazir seçilə biləcəyini yazmışdı.