Ukraynada parlament seçkilərinin iyulun 21-də keçirilməsi rəsmən təsdiqlənib

 10:07 23.05.2019     335

Ukrayna prezidenti Vladimir Zelenskinin Ali Radanı buraxmaq və növbədənkənar parlament seçkilərini iyulun 21-ə təyin etməklə bağlı sərəncamı rəsmən qüvvəyə minib. 

Redaktor.az-ın ona.az-a istinadən verdiyi məlumata görə, sərəncam hökumətin “Uryadoviy kuryer” qəzetində dərc olunub.

Sənədə əsasən, Nazirlər Kabinetinə növbədənkənar seçkilərin keçirilməsinin maliyyə təminatını həyata keçirmək tapşırıb. Sərəncam dərc olunduğu gündən qüvvəyə minir.