Avropa Parlamentinə seçkilər keçirilir

 11:16 23.05.2019     402

Avropa Birliyi ölkələrində Avropa Parlamentinə seçkilər keçirilir.

Redaktor.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu gün Böyük Britaniya və Hollandiyada vətəndaşlar səsvermə hüququndan istifadə edəcək.

Sabah İrlandiya və Çexiyada, mayın 25-də Slovakiya, Malta və Latviyada, mayın 26-da isə Avropa Birliyinin digər 21 ölkəsində səsvermə baş tutacaq. Seçkilərdə ümumilikdə 400 milyon insanın səsvermə hüququ var. Yeni seçiləcək parlamentarilər iyulun 2-dən etibarən səlahiyyətlərinin icrasına başlayacaq.

Qeyd edək ki, Avropa Parlamentinə seçkilər hər 5 ildən bir keçirilir.

Anar Türkeş / Redaktor.az