Diasporla İş üzrə Dövlət Komitəsi Fuad Abbasovla bağlı məlumat yaydı

 09:24 23.05.2019     323

Azərbaycan vətəndaşı, jurnalist Fuad Abbasovun Rusiya Federasiyasının ərazisində saxlanılması ilə əlaqədar Diasporla İş üzrə Dövlət Komitəsinə çoxsaylı müraciətlər daxil olur.

Redaktor.az xəbər verir ki, bu barədə komitədən məlumat verilib. Dövlət Komitəsi, bu məsələnin mövcud normalar və insan haqqlarının təmin olunması çərçivəsində tezliklə həll olunacağına ümid edir.

Dövlət Komitəsi bəyan edir ki, öz imkanları çərçivəsində məsələnin müsbət həllinə yardım etməyə hazırdır və soydaşlarımızı yaranmış vəziyyətin süni gərginləşdirilməsinə apara biləcək addımlardan çəkinməyə çağırır.