Putin Trampı çətin vəziyyətə salıb - Keçmiş diplomatdan açıqlama

 13:44 23.05.2019     355

ABŞ-ın keçmiş Dövlət katibi Reks Tillerson, prezident Donald Trampla rusiyalı həmkarı Vladimir Putin arasında baş tutan ilk görüşə dair maraqlı fikirlər səsləndirib.

Redaktor.az -ın Rusiyanın Sputnik agentliyinə istinadən  məlumatına görə, keçmiş diplomat Kreml rəhbərinin iki il əvvəl Hamburqda “G20” zirvəsi çərçivəsində baş tutan görüşə Trampdan daha yaxşı hazırlaşdığını deyib.

“ABŞ tərəfi ayaqüstü söhbət edib, hal-əhval soruşulacaq görüş tərzi gözləyirdi. Lakin bir sıra qlobal məsələlərin də müzakirə olunduğu iki saatlıq zirvə toplantısı ilə qarşılaşdıq. Putinin istədiyi hər mövzunu gündəmə gətirmək üçün fürsəti necə dəyərləndirdiyinin şahidi olduq. İki tərəf eyni səviyyədə hazırlaşmamışdı. Tramp keçmişdəki təcrübəsini zirvə üçün yetərli hesab edərək, görüşə qeyri-ciddi yanaşmışdı”.

Anar Türkeş / Redaktor.az