ABŞ-ın Rusiyaya böyük güzəşti: Sanksiyalar niyə tətbiq edilmir?

 11:09 09.06.2019     497

ABŞ hökuməti Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini uzadır.

Redaktor.az bildirir ki, politoloq Şahin Cəfərli ABŞ-ın Rusiyaya qarşı sanksiya siyasətini ləngitməsinin səbəblərinə aydınlıq gətirib. Politoloq hesab edir ki, bu ləngimə Rusiyaya ciddi güzəşt deməkdir:

"Məsələn, Sergey Skripal olayına görə sanksiyaların ikinci – daha sərt mərhələsi tətbiq olunmalı idi, amma hələ də məlum deyil ki, nə vaxt tətbiq olunacaq. Konqresdə Rusiya iqtisadiyyatını, onun bank-maliyyə sektorunu sarsıdacaq sanksiya tədbirlərinin nəzərdə tutulduğu bir neçə qanun layihəsi hazırlanıb, amma hələ müzakirəyə çıxarılmır. Qüvvədə olan “Amerikanın düşmənlərinə sanksiyalar yolu ilə müqavimət” adlı qanunda (CAATSA) nəzərdə tutulan sanksiyalar da tətbiq edilmir. Bütün bunlar Rusiyaya ciddi güzəşt deməkdir. Çünki Putinə yaxın oliqarxlar Deripaska və Vekselberqin aqibəti göstərdi ki, ABŞ-ın konkret ünvana yönəlmiş maliyyə sanksiyaları dağıdıcı gücə malikdir. Trampın bu tip sanksiyaları dayandırması və ya ləngitməsi Putinlə alverdə önəmli rıçaqdır. Rusiya isə öz növbəsində İran, Venesuela kimi məsələlərdə ABŞ-a kömək edir və ya edə bilər". 

Firuzə Vahid / REDAKTOR.AZ