Xələf Xələfov: "İyulda Tehranda Xəzər dənizi məsələlərinə aid növbəti işçi iclası keçiriləcək"

 23:52 11.06.2019     65

Xəzər dənizi məsələlərinə aid növbəti işçi iclası iyulda Tehranda keçiriləcək.

Redaktor.az ONA-ya istinadən xəbər verir ki, bunu xarici içlər nazirinin müavini, Azərbaycan tərəfdən işçi qrupunun rəhbəri Xələf Xələfov deyib.

"Konvensiya imzalanandan sonra bu, sayca 3-cü görüş olacaq. Gündəlik dəyişmir. Son sammitdə qəbul olunan qərarlar, konvensiyadan irəli gələn vəzifələr və xüsusilə də baza xəttini müəyyən edən metodikanın müəyyən edilməsi üzrə saziş layihəsinin razılaşdırılması müzakirə ediləcək", - deyə X.Xələfov vurğulayıb.