Fuad Abbasovun müdafiəsinə daha bir vəkil qoşuldu - FOTO

 18:20 14.06.2019     632

Rusiyada həbsdə olan jurnalist Fuad Abbasovun müdafiəsinə daha bir vəkil qoşulub.

Redaktor.az bildirir ki, bu barədə Fuad Abbasovun ailəsi məlumat yayıb. Məlumatda bildirilib ki, yeni vəkil Azərbaycanın Rusiyadakı Səfirliyi tərəfindən təyin olunub:

“O, bu gün Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün müvəqqəti saxlanma məntəqəsində saxlanılan Fuad Abbasovla görüşüb və materiallarla tanış olub”.

Xatırladaq ki, indiyə kimi Fuad Abbasovun hüquqlarını Elman Paşayev və Teyyub Şərifov müdafiə edirdi. Bundan sonra isə yeni vəkil Teyyub Şərifovla birlikdə Fuad Abbasovun hüquqlarını müdafiə edəcək.

Firuzə Vahid / REDAKTOR.AZ