Baş nazir Novruz Məmmədov Düşənbəyə gedib

 19:53 14.06.2019  32

Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin beşinci Zirvə Toplantısında iştirak etmək üçün iyunun 14-də Tacikistanın paytaxtı Düşənbəyə səfərə gedib.

Nazirlər Kabinetindən Redaktor.az-a verilən məlumata görə, səfər çərçivəsində Baş Nazir Novruz Məmmədovun Əfqanıstan İslam Respublikasının icra rəisi Abdulla Abdulla ilə görüşü olub.