"Ural hava yolları" Azərbaycandan üzr istədi
Rusiya Federasiyasının "Ural hava yolları" şirkətinin rəsmi mətbuat orqanı olan "UAM" jurnalı məlumat yayıb.
Redaktor.az xəbər verir ki, iyun buraxılışının reklam maketində buraxılan səhvə görə mətbu orqan üzr istəyib.
Məlumatda qeyd olunur ki, jurnalın iyun buraxılışı reyslərdən yığışdırılıb, reklam verən şirkətlə olan müqavilə isə ləğv edilib.
Qeyd edək ki, jurnal iyun buraxılışında öz səhifəsində "Günəşli Ermənistana vertolyot turları" adlı reklam yerləşdirib. Reklamda Dağlıq Qarabağ Ermənistan ərasizi kimi göstərilməklə yanaşı, həm də işğal edilmiş ərazilərə vertolyot turlarının təşkili də qeyd edilib.
"Ural hava yolları" şirkəti Azərbaycanla da yaxından əməkdaşlıq edir və Bakı, Gəncə və Lənkərana müntəzəm hava ucuşları həyata keçirir.
Firuzə Vahid / Redaktor.az