Azərbaycanla Rusiya arasında hərbi-texniki sahəsində əməkdaşlıq müzakirə olunub

 12:20 25.06.2019     4299

Moskvadakı “Patriot-Ekspo” Konqres-Sərgi Mərkəzində keçirilən “ARMY-2019“ V Beynəlxalq Hərbi-Texniki Forumu çərçivəsində Azərbaycan müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev və müdafiə nazirinin müavini Fuad Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti "Rosoboroneksport"un baş direktoru Aleksandr Mixeyevlə görüşüb.

Redaktor.az-ın apa.az-a istinadən verdiyi xəbərə görə, görüşdə iki ölkə arasında hərbi-texniki sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.