Sergey Şoyqu “ARMY-2019“ sərgisində Azərbaycan stendi ilə tanış olub - FOTOLAR

 15:38 25.06.2019     377

Rusiya müdafiə naziri Sergey Şoyqu Moskva vilayətinin Alabino poliqonunda yerləşən “Patriot-Ekspo” Konqres-Sərgi Mərkəzində keçirilən “ARMY-2019“ V Beynəlxalq Hərbi-Texniki Forumunda Azərbaycan stendi ilə tanış olub.

Redaktor.az-ın apa.az-a istinadən verdiyi məlumata görə, Azərbaycanın Müdafiə Sənayesi nazirinin mavini Yəhya Musayev Rusiya müdafiə nazirinə Azərbaycan stendində nümayiş olunan silahlar barədə məlumat verib.  

O, bildirib ki, Azərbaycanın sənaye kompleksi ilə Rusiya sənaye kompleksi arasında uzunmüddətli əməkdaşlıq əlaqələri mövcuddur və tərəflər bu əlaqələri daha da inkişaf etdirmək niyyətindədir.

Qeyd edək ki, “ARMY-2019“ V Beynəlxalq Hərbi-Texniki Forumu bu gün başlayıb və iyunun 30-na kimi davam edəcək. Forumda 12 ölkə təmsil olunur.

 

2222