"Aralıq"da söz olmasın... - Türkiyəni Aralıq dənizində BATIRACAQLAR

 10:23 11.07.2019     1595

Aralıq dənizində Türkiyəyə qarşı qəsd hazırlanır.

Politoloq Məhəmməd Əsədullazadə Redaktor.az-a açıqlamasında Aralıq dənizində cərəyan edən hadisələrin Türkiyəyə təsirlərinə münasibət bildirib. Politoloq hesab edir ki, Türkiyəyə qarşı Aralıq dənizində hərbi təxribatlar həyata keçirilir:

“Türkiyə bu kimi qəsdin qarşısını qətiyyətlə alacaq və Aralıq dənizində öz suveren hüquqlarını qətiyyətlə müdafiə edəcək. Bu regionda yeni münaqişə ocağının yaranması benəlxalq konyukturada yeni gərginliyə yol açacaq. ABŞ İsrail, Yunanıstan və Misir birgə hərbi koalisiya təşkil etsə də, nəticələr Türkiyənin əleyhinə gətirib çıxarmayacaq”.

M. Əsədulazadə qeyd edib ki, Aralıq dənizinin Şərq sahillərində yeni qaz yataqları kəşf olunub:

“ABŞ başda olmaqla İsrail, Yunanıstan, Misir və Yunan Kipri burada qazma işləri apararaq Türkiyə tərəfinin maraqlarını heçə saymaqdadır. Türkiyə bu proseslər fonunda dərhal qarşılıq verərək öz qazma və geoliji kəşfiyyat gəmilərini bölgəyə göndərib və öz ərazi hüdudları, həmçinin maraq dairəsi yaxınlığı çərçivəsində qaz yataqlarının tədqiqini həyata keçirir. Regionda hərbi gərginlik artmaqla, Yunanısatan tərəfinin hərbi təxribatları istisna edilmir. Aralıq dənizinin Şərq sahillərində ixrac edilən qaz Avropanın enerji təhlükəziliyinin tam təmin edilməsinə gətirib çıxaracaq. Burada əsas rolu Türkiyə tutmaqla, həmçinin Yunan Kiprində maraqlarının nəzərə alınacağını vurğulayır. Amma, Yunan Kipri burada türkləri sıxışdırmaqla prosesdən uzaq durmağa çalışır. Baş verənlər ötən əsrin 70-ci illərini xatırladır. Burada baş verənlər Yunanıstan üçün acı nəticələrlə sona çata bilər”.

Politoloq Türkiyənin burada apardığı qazma əməliyyatlarına qarşı Avropa İttifaqı və Rusiyanın da narazılıq ifadə etməsinin səbəblərinə aydınlıq gətirib:

“Hətta İttifaq Türkiyəni sanksiyalarla hədələyib. Əsasən, Yunanıstanı dəstəkləyən dövlətlər Türkiyənin burada qaz axtarışına qarşı çıxır və Ankaranı uzaqlaşdırmağa çalışırlar. Aralıq dənizində pay bölgüsü həyata keçirilməsə, yeni mühribənin olması qaçılmaz olacaq. Türkiyəyə qarşı cəbhələşən bu qüvvələr təxribata əl ata bilər. Artıq Aralıq dənizinin Şərq sahilində ani təxribatlar yeni dəniz müharibəsinin başlanmasına gətirib çıxarar. Bu məsələnin reallaşmasında bəzi dövlətlər maraqlıdır. Bunu Yunanıstanın əli ilə həyata keçirməyə çalışırlar. Türkiyə özünə qarşı bu cəbhəyə Çin və İranı daxil edə bilər. Hərbi vəziyyət yaranarsa, Rusiya da Türkiyəni dəstəkləyəcək”.

Politoloq bu proseslər fonunda Azərbaycanın hansı mövqe ortaya qoymalı olduğuna da aydınlıq gətirib:

“Azərbaycan qəti şəkildə Türkiyənin bu siyasətini dəstəkləməlidir və proseslər gərginlik fazasına keçərsə, Azərbaycan öz kömək əlini uzatmalıdır”.

Firuzə Vahid / REDAKTOR.AZ